AZ

“İstehlakçı hər zaman haqlıdır” tezisi bizdə hər zaman keçərli deyil"- Eyyub Hüseynov

15 mart Ümumdünya istehlakçı hüquqlarının müdafiyəsi günüdür.Bununla bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovla həmsöbət olduq.

News365.az həmin müsahibəni təqdim edir:

-         Eyyub müəllim, Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü nə zaman təsis olunub?

 

-         Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü  ilk dəfə 15 mart 1962-ci ildə qeyd edilib. Və həmin günün ilk tezisi o zamankı ABŞ prezidenti C.Kennedinin konqresi açan zaman söylədiyi çağırış- “Biz istehlakçılarıq,bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” olub.

 

-         Bəs ölkəmizdə bu hərəkat nə zaman başlayıb?

 

-         Ölkəmizdə bu gün ilk dəfə 29 il əvvəl qeyd edilib. Və 1997 çi ildən başlayaraq "Azad İstehlakçilar"İctimayi Birliyi(AİİB) 15 martda bu günü müxtəlif tədbirlərlə qeyd edib. 15 martda ənənəvi olaraq maarifləndirici tədbirlər keçirilib. Hətta küçə yürüşləri də olub. Qeyd etmək lazımdır ki, 1998-cı ildən AİİB beynəlxalq istehlakçı təşkilatı-CONSUMER İNTERNATİONAL-a üzvüdür. Çox uğurlu haldır ki, 15 mart günü artıq Dövlət orqanları səviyyəsində qeyd olunur. Məsələn, ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart -Ümumdünya İstehlakçı Hüquqlarının müdafiyəsi Gününə  həsr olunmuş tədbir keçirildi.  Tədbirin çağrışı-“Müasir Rəqəmsal Dünyada İstehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri”-mövzusu idi. Tədbirin gündəliyi son dərəcə aktual  bir məsələyə həsr olundu. Tədbirdə  məruzə və təqdimatlar dınlənildi. Məruzələr arasında ən diqqət cəkən məqam Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, Emil Mehdiyevin çıxışı oldu. Məruzəçi,müasir şəraitdə istehlakçı hüquqlarının ən çox pozulduğu məsələləri qeyd etməklə bərabər,təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edərək,müasir texnologiyaların cinayətkar şəxslərin əlində vasitəyə çevrildiyini bu hallarla mübarizənin effektli üsulları barədə geniş məlumat verdi.

 

-         Bu gün ölkəmizdə istehlakçıların hüquqları necə qorunur?

 

-         Deməzdim ki, yüksək səviyyədə qorunur. Qanunlarımızdakı boşluqlar çox vaxt istehlakçının yox, satıcı şirkətin maraqlarına xidmət edir. Yəni bizdə “istehlakçı hər zaman haqlıdır” tezisi keçərli deyil. Əksər zaman istehlakçı haqlı ola-ola haqsız duruma düşür...

 

-         Bəs bu sahədə Sizin təşkilat nə iş görür?

 

-         AİİB qeyri-hökümət təşkilatıdır. Biz ancaq maariflnədirməklə və bizə gəlib çatan problemləri ictimailəşdirməklə məşğuluq. Bizim əlimizdə istehlakçının hüquqlarını pozan şirkətə, quruma qarşı hər hansı inzibati tənbeh tədbiri görmək səlahiyyəti yoxdur. Təsadüfi deyil ki, bizə edilən müraciətləri biz ilk növbədə ictimailəşdiririk, qarşı tərəfi məlumatlandırırıq. Bizim müraciətimiz cavabsız qalanda isə Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndəririk.

 

-         Bəs bu işin perspektivini necə görürsünüz?

 

-         Bilirsiniz, istehlakçıların hüquqlarının yüksək səviyyədə qorunması üçün ilk növbədə güclü qanunvericilik bazası olmalıdır. Çox təəssüf ki, bu sahədəki qanunvericilikdə çoxlu boşluqlar var. İlk növbədə bu boşluqlar aradan qaldırılmalıdır. Digər tərəfdən bu işdə yeni yaradılmış Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin üzərinə böyük iş düşür. Agentlik rəhbərliyi də çalışır ki, problemlər aradan qalxsın. Yaşıyıb, görəcəyik....

News365.az

Seçilən
17
news365.az

1Mənbələr