“Çelsi” kapitanı Ris Ceymslə yeni müqavilə imzalayıb.
İdmanxeber.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin London klubu ilə sözləşməsi 2032-ci ilin ortalarınadək uzadılıb.
Onun əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər idi. Ceyms bu mövsüm Premyer Liqada 26 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Çelsi” hazırda 48 xalla turnir cədvəlində 6-cı yerdədir.