AZ

Dərslərin məzmunu və uşaqlara interaktiv çatdırılması ilə bağlı dövlət proqramı həyata keçirilməlidir – Fariz İsmayılzadə

Bakı. Trend:

Tədqiqat və işləmələrə çəkilən dövlət xərcləri ötən illəmüqayisədə 2,1 dəfə artaraq 262 milyon manat təşkil edib. Xaricdətəhsil dövlət proqramı çərçivəsində 500 azərbaycanlı gənc dünyanın14 ölkəsinin 65 nüfuzlu universitetində təhsil almağa göndərilib.Belə tələbələrin ümumi sayı 1 794-ə çatıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədrmüavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasındaNazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatınınmüzakirəsi zamanı deyib.

Sədr müavini vurğulayıb ki, nailiyyətlərlə yanaşı, gənc nəslintədris və tərbiyə olunması prosesində ciddi çağırışlarla daüzləşirik:

“Onlardan biri sosial şəbəkələrin nəzarətsiz vəziyyətdə olmasıvə bunun gənclərin tədrisinə və təhsilinə təsiridir. Müasir gəncartıq yalnız müəllimdən öyrənmir, eyni zamanda saatlarla sosialşəbəkələrdə vaxt keçirərək oradan böyük həcmdə zərərli məzmun alır.Bu, eyni zamanda ideoloji baxımdan da ölkəmiz üçün təhlükəli birfenomendir”.

Millət vəkiıli bildirib ki, təhsilimizin məzmununu vəpedaqogikasını ciddi şəkildə dəyişməyə ehtiyac yaranıb.

“Dərs məzmununu gənclərə daha interaktiv və maraqlı üsullarlaçatdırmalıyıq ki, onlar sosial şəbəkələrdə həddindən artıq vaxtkeçirməsinlər. Düşünürəm ki, bununla bağlı Baş nazirin rəhbərliyialtında xüsusi dövlət proqramı həyata keçirilməlidir”, - deyə ofikrini yekunlaşdırıb.

Seçilən
36
1
az.trend.az

2Mənbələr