Bakı. Trend:
Mərkəzi Asiya və Transxəzər regionunun əlaqəliliyi barədədanışarkən aydın olur ki, region düzgün istiqamətdə irəliləyir. O,artan iqtisadi rifahı, etibarlı nəqliyyat və kommunikasiyaəlaqələri, həmçinin qlobal tərəfdaşlarla dayanıqlı münasibətləriilə güc və sabitlik zonasına çevrilir.
Trend xəbər verirki, bunu Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili“Keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması”mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanıdeyib.
“Belə bir perspektivdə region bu gün dünyanın bir çox yerlərindəsəslənən tənqidlərin obyekti kimi deyil, gələcəkdə daha uğurluinkişaf üçün həvəs və potensial nümayiş etdirən etibarlı stratejitərəfdaş kimi görünür”, - deyə o qeyd edib.
Eka Tkeşelaşvili vurğulayıb ki, region gələcəyə ümid vənikbinlik aşılayır.
“Lakin bunu öz-özünə baş verən bir hal kimi qəbul etmək olmaz.Əgər soruşsaq ki, niyə belə dəyişikliklər məhz burada, bəlkə dədigər regionlarda da baş verir - buna təsir edən bir sıra xariciamillər var. Ancaq müsbət proseslərin əsasını yerli rəhbərliyinməqsədyönlü və strateji addımları təşkil edir. Ölkə rəhbərləriregionun inkişafının hərəkətverici qüvvəsinə çevriliblər”, - deyə oəlavə edib.