AZ

Süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxs saxlanılıb

Süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.

DİN Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.

Müəyyən olunub ki, M. Atakişiyev “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib. Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
10
49
afn.az

10Mənbələr