15 nəfər vətəndaşın İrandan Azərbaycan sərhədi ilə keçidi təmin olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu saata kimi Astara dövlət sərhədindən buraxılış məntəqəsindən 15 nəfər təxliyə olunub.
Təxliyə olunanlardan 7 nəfəri Hindistan, 3 Azərbaycan, 3 Çin, 1 Rus və 1 İran əsilli İngiltərə vətəndaşıdır.
Hazırda təxliyə prosesi davam edir.