AZ

Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Quba rayonunda ölümlə nəticələnən qəza baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qımılqazma kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl beton maneəyə çırpılıb. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bildirilib ki, E.Yusifov Qubaya istirahət məqsədilə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

***11:30

Kvadrosikl qəzasında həlak olan Elçin Yusifovun fotosunu təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
avtosfer.az

9Mənbələr