AZ

Həmin təyyarənin qəzaya düşməsi nəticəsində 4 nəfər ölüb

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaqdolduran hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. 

“İraqda KC-135 təyyarəsinin itirilməsi nəticəsində dörd nəfərin ölümü təsdiqləndi”, - məlumatda deyilir. 

Xatırladaq ki, hadisə İraqın qərb bölgəsində, ABŞ və müttəfiq qüvvələrin nəzarətində olan hava məkanında baş verib. Qəzaya uğramış təyyarədə altı ekipaj üzvü olub. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) təyyarəni onların vurduğunu bəyan edib, ABŞ tərəfi isə hadisənin səbəbini açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
qafqazinfo.az

1Mənbələr