AZ

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılır  

XIII Qlobal Bakı Forumu çərçivəsində “Orta Dəhliz və Avrasiya bağlantısı qapısı” mövzusunda panel müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, iclasa Serbiyanın sabiq Prezidenti Boris Tadiç moderatorluq edir.

İclasda Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili, Rumıniyanın Baş nazirinin keçmiş müavini, sabiq ədliyyə naziri Ana Birçall, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş Baş katibi, Tacikistanın sabiq xarici işlər naziri Rəşid Alimov, 2014-2015-ci illərdə Qırğızıstanın Baş naziri Coomart Otorbayev, eyni zamanda, Rumıniyanın keçmiş xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi Lazar Komănesk çıxış edəcəklər.

Seçilən
24
2
azerbaijan-news.az

3Mənbələr