AZ

Müharibə maliyyə bazarlarını silkələyir Neftin qiyməti artır, səhmlər ucuzlaşır

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın Şərqdə müharibənin uzanacağı ehtimalları qlobal maliyyə bazarlarında gərginliyi artırıb. İnvestorlar neftin qiymətinin uzun müddət bir barel üçün 100 dollar ətrafında qalacağı ssenarisini qiymətləndirərkən, səhm və istiqraz bazarlarında satışlar güclənib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” analitiki Ankur Banerjee qlobal bazarlarla bağlı gündəlik icmalında yazır.

Bildirilir ki, İran, İsrail və ABŞ rəhbərlərinin sərt bəyanatları fonunda müharibənin iki həftəyə yaxın davam etməsi bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. İnvestorlar riskli aktivlərdən uzaqlaşaraq daha təhlükəsiz hesab olunan valyutalara, xüsusilə də ABŞ dollarına yönəlirlər.

Cümə axşamı ABŞ fond bazarlarında kəskin eniş qeydə alınıb. Dow Jones və S&P 500 indeksləri 1,5 faizdən çox dəyər itirib.

Analitiklər qeyd edir ki, münaqişənin tezliklə başa çatacağına dair ümidlərin azalması qlobal faiz dərəcələri ilə bağlı gözləntiləri də dəyişdirib. Əgər fevralın sonunda bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il iki dəfə faiz endirəcəyini gözləyirdisə, hazırda treyderlər hətta bir faiz endiriminin belə baş verməyəcəyini qiymətləndirirlər.

Avropa Mərkəzi Bankı ilə bağlı proqnozlar isə əks istiqamətdə dəyişib. Pul bazarları artıq iyul ayında faiz artımını tam ehtimal kimi qiymətləndirir, dekabra qədər isə ikinci artım ehtimalı təxminən 70 faiz səviyyəsindədir. Halbuki fevral ayında bazarlar ilin sonuna qədər faiz endirimi ehtimalını təxminən 40 faiz hesab edirdi.

Gələn həftə keçiriləcək bir sıra mərkəzi bank iclasları bazarlar üçün əsas diqqət mərkəzində olacaq. Analitiklər bildirirlər ki, bu toplantılar zamanı siyasətçilər inflyasiya, faiz dərəcələri və iqtisadi artımla bağlı mövqelərini açıqlayacaqlar.

Bu arada Avrozonanın əsas istiqrazı olan Bund istiqrazlarının gəlirliliyi son iki il yarımın ən yüksək səviyyəsinə yüksəlib. ABŞ-ın faiz dəyişikliklərinə həssas olan ikiillik xəzinə istiqrazlarının gəlirliliyi isə son altı ayın maksimumuna çatıb.

Müharibə başlayandan bəri bazarlarda ən stabil “sığınacaq” isə ABŞ dolları olaraq qalır. Dollar altı əsas valyutaya qarşı 2 faizdən çox möhkəmlənib.

Rasim

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr