Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şimali İraqda bir fransız əsgəri həlak olub, bir neçə nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün "Facebook" səhifəsində bildirib.
O, Ərbil hərbi bazasına pilotsuz təyyarə hücumunu qəbuledilməz adlandırıb. Makron mərhum Arnaud Frionun ailəsi və həmkarları ilə millətin minnətdarlığını və həmrəyliyini ifadə edib: "Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilir. İrandakı müharibə bu cür hücumlar üçün bəraət qazandıra bilməz".
Medianın məlumatına görə, bazaya edilən hücum nəticəsində altı əsgər yaralanıb.
Ağarza Elçinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.