Bakı. Trend:
Azərbaycan Belçikanın “W-Kracht” şirkəti ilə bərpa olunan enerjilayihələrini ümzakirə edib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov“X” hesabında paylaşım edib.
“Belçikanın keçmiş Baş naziri Yves Leterme və “W-Kracht” şirkətiilə Azərbaycanda bərpa olunan enerji layihələri və elektrikenerjisinin ixracı imkanlarını müzakirə etdik. Azərbaycan Avropaşirkətləri ilə enerji əməkdaşlığında maraqlıdır”, - paylaşımda qeydedilib.
Xəbər yenilənəcək