AZ

London Rusiya neftinə qarşı sanksiyalarıyumşaltmayacaq

Böyük Britaniya Rusiya neftinə qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın energetika naziri Maykl Şenks bildirib ki, London Rusiyaya qarşı sanksiya siyasətini dəyişməyəcək.

Qeyd olunur ki, ABŞ İranla münaqişənin iqtisadi təsirini azaltmaq məqsədilə sanksiya tətbiq edən ölkələrə dəniz yolu ilə daşınan Rusiya nefti və neft məhsullarını almağa icazə verib.

Britaniyalı nazir isə bu addımın mümkün nəticələri barədə xəbərdarlıq edərək bildirib ki, belə qərar Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibəyə daha çox resurs yönəltmək imkanı verə bilər.

Aminə ŞAHSUAVRQIZI

Seçilən
13
redaktor.az

1Mənbələr