AZ

Baş nazir: İl ərzində deputatlardan və icra hakimiyyətlərindən 124 müraciət daxil olub

BAKI, 13 mart. TELEQRAF

“İl ərzində deputatlardan və icra hakimiyyətlərindən 124 müraciət daxil olub. Müvafiq qurumlar tərəfindən il ərzində 51 müraciət tam icra edilib, 35 müraciətə baxılır və icra səviyyəsi yüksəkdir, 38 müraciət üzrə isə işlər davam etdirilir. Həmin müraciətlərin də yaxın zamanda öz həllini tapacağı gözlənilir".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına dair səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

“Dinlədiyinizə və yüksək səviyyədə qiymətləndirdiyinizə görə Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Burada səslənilən Milli Məclis deputatlarının seçicilərinin qaldırdığı məsələlər diqqətdə saxlanılacaq və onların icrası maksimum dərəcədə təmin ediləcək”,- baş nazir vurğulayıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr