AZ

“Uşaqların imtahana hazırlığında ailənin dəstəyi vacibdir” PSİXOLOQ ŞƏRH ETDİ

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İmtahan ərəfəsi uşaqlar üçün çətin dövrdür və bu zaman onların daxili həyəcanı güclənir”.

Bu fikri Gununsesi.info -ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib.

Onun sözlərinə görə, ailə və müəllim uşaqların duyğularını dinləməli, onları başa düşdüyünü hiss etdirməlidir:

“Uşağa imtahanın cəmi bir mərhələ olduğunu xatırlatmaq onun qorxusunu azalda bilər. Nəfəs məşqləri və sakit musiqi uşağın fikirini daha aydın toplamasına kömək edir. Uşağın yüksək nəticə göstərməsindən çox onun səylərini dəyərləndirmək vacibdir. Hər səhər yüngül gəzinti və düzgün yatmaq uşağın enerjisini artırır. Yaxşı olar ki, uşağa müsbət sözlər deyilsin. Uşaq özünü gevəndə hiss etməlidir və özünə inamını gücləndirir. Belə hazırlıq uşağın sakit, inamlı və diqqətli olmasına şərait yaradır”.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr