ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının əhatə dairəsinin genişləndirilməsi təklif olunur.
Gununsesi.info-nun xəbərinə görə, təklifə əsasən, sözügedən fərmanın müddəalarının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularına şamil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, dəyişiklik müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aid edilməyəcək.
Qeyd olunan təşəbbüsün məqsədi hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi və bu sahədə mövcud təminatların daha geniş kateqoriyanı əhatə etməsidir.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.