AZ

Neftin dünya bazarındakı qiyməti manatın məzənnəsinə birbaşa təsir göstərən əsas faktorlardan biridir Rəy

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Dollar təklifinin artması manatın məzənnəsinin qorunması baxımından vacib meyarlardan biridir. Buna baxmayaraq, ölkəyə daxil olan valyuta həcmi artsa belə, manatın dollara nisbətən möhkəmlənməsini gözləmirik.  Çünki Mərkəzi Bankın mövcud siyasəti hazırkı məzənnənin qorunub saxlanılmasına yönəlib”.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov 525.az-a bildirib. O qeyd edib ki, Azərbaycan üzən məzənnə rejiminə keçməyib, ölkədə tənzimlənən və ya fiks məzənnə rejimi tətbiq olunur. Bu səbəbdən növbəti dövrlərdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

“Mərkəzi Bankın qərarları milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Neftin dünya bazarındakı qiyməti yüksək olarsa, Mərkəzi Bankın milli valyutanın mövcud məzənnəsini qoruyub saxlamaq imkanları daha da genişlənir. Çünki neftin dünya bazarındakı qiyməti manatın məzənnəsinə birbaşa təsir göstərən əsas faktorlardan biridir”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
525.az

1Mənbələr