Gün ərzində makiyajın silinməsi və ya müxtəlif səthlərə keçməsi bir çox insanın qarşılaşdığı problemdir.
Pravda.az bildirir ki, makiyajın daha uzun müddət qalıcı olması üçün bir neçə sadə qaydaya əməl etmək tövsiyə edilir.
Makiyaj məhsullarının düzgün ardıcıllıqla tətbiqi vacibdir. Toz məhsulların üzərinə krem və ya maye məhsul çəkmək makiyajın tez dağılmasına səbəb ola bilər.
Makiyajdan əvvəl baza (primer) istifadə etmək dəridə hamar qat yaradır və məhsulların daha yaxşı qalmasına kömək edir. Həmçinin uzunmüddətli formulalı məhsullara üstünlük vermək və makiyajı pudra ilə sabitləmək onun davamlılığını artırır.
Sonda makiyaj sabitləyici sprey istifadə etmək görünüşün gün boyu daha təbii və qalıcı qalmasına kömək edir.
Əminə Bayramova