AZ

Kəşfiyyat: Rusiya İrana gizli şəkildə kömək edir

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Rusiya İrana kəşfiyyat və taktiki dəstək verməklə Yaxın Şərqdəki ABŞ və müttəfiq qüvvələrinə zərbələr endirməyə kömək edə bilər.

Reyting.az “Bloomberg”ə istinadla xəbər verir ki, bunu ABŞ və Qərb kəşfiyyat qiymətləndirmələri ilə tanış olan mənbələr deyiblər.

Onların sözlərinə görə, Moskva Tehrana Fars körfəzi bölgəsindəki hücumlar zamanı dronlardan daha effektiv istifadəyə kömək edə biləcək peyk görüntüləri və məlumatları təqdim edir. Bu cür yardımın dəqiq miqyası və müntəzəmliyi hələ də məlum deyil.

Britaniyanın müdafiə naziri Con Gilli bildirib ki, İranın hücum taktikaları Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində istifadə etdiyi metodlara bənzər elementlər göstərir. Onun sözlərinə görə, hücumların nümunələri Rusiyanın Ukrayna şəhərlərinə və infrastrukturuna hücumlarını xatırladır.

“Putinin gizli əlinin bəzi İran taktikalarının arxasında durduğuna heç kim təəccüblənməz”,- deyə nazir əlavə edib.

Qeyd olunur ki, Rusiya və İran arasında hərbi əməkdaşlıq Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan sonra xeyli güclənib. Həmin vaxt Moskva özünü beynəlxalq səviyyədə təcrid olunmuş hiss edib və ABŞ-nın rəqibləri olan dövlətlərlə, xüsusən də İran və Şimali Koreya ilə fəal əməkdaşlıq etməyə başlayıb.

Xüsusilə İran Rusiyaya Ukrayna şəhərlərinə və enerji infrastrukturuna hücumlarda geniş istifadə olunan “Şahed” hücum dronları tədarük edib. Daha sonra Tehran bu cür dronların öz istehsalı üçün texnologiyanı Moskvaya ötürüb.

Senator Riçard Blumental kəşfiyyat brifinqindən sonra Rusiyanın İrana, xüsusən də kəşfiyyat məlumatları ilə “aktiv və intensiv” kömək etdiyini bildirib.

Eyni zamanda, o, Pekinin inkar etməsinə baxmayaraq, Çinin də Tehrana müəyyən dəstək verə biləcəyini deyib.

N. ORUCOV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
reyting.az

1Mənbələr