AZ

Avropa İrandan böyük qaçqın axınını qarşılamağa hazırlaşır

ain.az, Reyting.az saytına istinadən bildirir.

Avropa İttifaqı (Aİ) İrandakı müharibə səbəbindən ehtimal olunan qaçqın dalğasına hazırlıqlara başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə dörd miqrasiya naziri “Politico”ya bildirib.

Nəşr yazır ki, 2015-ci ildə bir milyondan çox insan Avropada sığınacaq axtarıb. Onların bir çoxu Suriyadakı vətəndaş müharibəsindən qaçanlar olub. Bildirilir ki, o zaman Avropanın tələsik reaksiyası blok daxilində dərin fikir ayrılıqlarını üzə çıxarıb:

“O vaxtdan bəri, Avropa Birliyi miqrasiya siyasətində islahatlar aparmaq üçün çətin danışıqlar aparır. Bu danışıqlar miqrantların ölkələr arasında daha bərabər paylanmasına imkan verir və sığınacaq ala bilməyənlərin deportasiyasını sürətləndirir”.

Kiprin miqrasiya nazirinin müavini Nikolas İoannidin qeyd etdiyi kimi, Avropa Birliyi (AB) yeni qaçqın böhranı ehtimalını görməzdən gələ bilməz: “Belə bir böhran blokun yeni qaydalarının effektivliyini sınaya bilər və buna hazır olmalıyıq”.

AB Sığınacaq Agentliyi həmçinin 90 milyon əhalisi olan İranda “hətta qismən qeyri-sabitliyin belə görünməmiş qaçqın hərəkatlarına səbəb ola biləcəyi” barədə xəbərdarlıq edib.

“AB miqrasiya siyasəti yenidən təzyiq altına düşərsə, vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”, - deyə Hollandiyanın miqrasiya naziri Bart van den Brink bildirib.

Eyni zamanda, o, AB-nin miqrasiya paktını qəbul etməsindən bəri “müxtəlif üzv dövlətlər arasında münasibətlərin daha həmrəy və rahatlaşdığını” və miqrasiya hazırda siyasi gündəmdə prioritet məsələ olduğundan “əməkdaşlığa hazırlığın da əhəmiyyətli dərəcədə artdığını” vurğulayıb.

N.ORUCOV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
reyting.az

1Mənbələr