ABŞ müharibə naziri Pit Heqset İranın Ali Rəhbəri Müctəba Xamenei ilə bağlı açıqlama verib.
“Yeni Sabah”ın xəbərinə görə, nazir Pentaqonda keçirdiyi mətbuat konfransında bildirib ki, İran rəhbərliyinin hazırkı vəziyyəti yaxşı deyil və ölkə rəhbərliyi gizlənmək məcburiyyətində qalıb:
“İranın yeni Ali Rəhbərinin yaralandığı və çox güman ki, ciddi şəkildə zədələndiyi barədə məlumatlar var. O, dünən bir bəyanat yayıb, lakin müraciət yalnız yazılı formada olub”.
Pit Heqset qeyd edib ki, açıqlama nə səsli, nə də video formatında təqdim olunub və bunu “zəif bəyanat” kimi qiymətləndirib.
Nazir həmçinin bildirib ki, Müctəba Xamenei müraciətində birlik çağırışı etsə də, bu, inandırıcı görünmür. Onun sözlərinə görə, İranda həm video, həm də səs yazmaq üçün kifayət qədər imkan var və buna baxmayaraq yalnız yazılı bəyanatın yayılması suallar doğurur.
R.Heqset əlavə edib ki, İran rəhbərliyi hazırda qorxu içindədir, ölkənin yeni liderinin isə yaralı olduğu və legitimliyi şübhə altındadır.
Aytac Əliyeva
Telegram kanalımız