AZ

Trampın qərarı Avropada narazılıq yaratdı

Almaniya Kansleri Fridrix Merts ABŞ-nin dənizdə qalmış Rusiya neftinin satın alınmasına müvəqqəti icazə verməsini "səhv qərar" kimi qiymətləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Merts Norveçin Baş naziri Yonas Qahr Störe ilə Norveçin Andoya Kosmos Mərkəzində gündəmlə bağlı sualları cavablandırıb.

Kansler ABŞ-nin Rusiya neftinin alınmasına müvəqqəti icazə verməsi ilə bağlı:

"Hazırda səbəbi nə olursa olsun, sanksiyaları yumşaltmaq səhv olardı. Ukraynaya dəstəyimizi davam etdirəcəyik. İran müharibəsi bizi bu qərarımızdan daşındırmayacaq və ya diqqətimizi yayındırmayacaq".

"Böyük yeddilik" (G7) ölkələrinin dövlət və hökumət başçılarının iclasında ABŞ Prezidenti Donald Tramp ilə Rusiyadan neft və qaz tədarükü məsələsini də müzakirə etdiklərinə diqqət çəkən Merts, G7-nin 6 üzvü bunun düzgün siqnal olmadığı barədə çox aydın rəy bildirdi:

“Bu sabah Amerika hökumətinin açıq şəkildə fərqli bir qərar verdiyini öyrəndik. Təkrar edirəm, bunu səhv hesab edirik. Hazırda qiymət problemi var, lakin miqdar problemi yoxdur".

ABŞ hökumətinin bu qərarı qəbul etməsinə nəyin səbəb olduğunu bilmək istədiyini dilə gətirən Merts: 

"Bu, müvəqqəti bir qərardır. Hər şeydən əvvəl, bu müharibə nə vaxt bitəcək? Və bu müharibə hansı strategiya ilə başa çatdırılacaq? Bu sualların real cavabı yoxdur", — ifadələrini işlədib.

Almaniya Kansleri Hörmüz boğazından keçən gəmiləri hərbi dəniz qüvvələri ilə müşayiət etmə ehtimalı barədə suala isə dəniz yollarının hərbi yolla qorunması haqqında düşünmək üçün bir səbəb görmür.

"Almaniya bu müharibənin bir hissəsi deyil və olmaq da istəmirik", - deyən Merts ölkəsinin bütün səylərinin müharibəni dayandırmaq yönündə olduğunu, bu mövzunu həm ABŞ hökuməti, həm də İsrail hökuməti ilə müzakirə etdiklərini söyləyib.

Xatırladaq ki, ABŞ Maliyyə naziri Skott Bessent mövcud neft tədarükünün qlobal əlçatanlığını artırmaq üçün dənizdə qalmış Rusiya neftinin alınmasına müvəqqəti icazə verildiyini açıqlamışdı.

Seçilən
12
cebheinfo.az

1Mənbələr