KANAL14-də yayımlanan məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kanalın paylaşımında İsrail ordusunun mümkün növbəti hədəfləri ilə bağlı iddia olunan siyahı təqdim edilib.
Siyahıda İranın bir sıra yüksək vəzifəli şəxslərinin adları yer alıb. Məlumata görə, mümkün hədəflər arasında İranın yeni ali dini lideri kimi göstərilən Müctəba Xameneyi də var.
Bundan başqa siyahıda aşağıdakı şəxslərin də adları çəkilir:
Əli Laricani - Ali Təhlükəsizlik Şurasının katibi
Qulamhüseyn Ejei - Ədliyyə naziri
Əli Abdullahi - İran Ordusunun Mərkəzi Qərargahının komandanı
Məhəmməd Baqer Qalibaf - parlamentin sədri
Əhməd Vahidi - SEPAH-ın rəhbəri
Yayılan siyahı regionda onsuz da gərgin olan vəziyyətin fonunda diqqət çəkib və müxtəlif müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar: