AZ

Pəhrizsiz arıqlamağın iki sadə üsulu açıqlandı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pəhriz saxlamadan çəki azaltmağın iki sadə yolu açıqlanıb.Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin eksperti, həkim-endokrinoloq Lyubov Maçexina danışıb. Onun sözlərinə görə melatoninin qəbulu və sərin otaqda yatmaq orqanizmdə piylərin toplanmasının qarşısını almağa kömək edə bilər. Həkim bildirir ki, bu iki üsul bədəndə eyni mexanizmi işə salaraq piy toxumasının strukturunu dəyişir.Maçexinanın sözlərinə görə melatonin piy hüceyrələrində yerləşən xüsusi reseptorlara təsir göstərir və nəticədə ağ piy hüceyrələri qonur piy hüceyrələrinə çevrilə bilir. Qonur piylər isə maddələr mübadiləsi üçün daha faydalı hesab olunur və artıq çəki riskinin azalmasına kömək edir. Oxşar proses bədən sərin mühitdə olduqda da baş verir. Bu səbəbdən pəncərəsi açıq, havası təmiz və qaranlıq otaqda yatmaq bədən çəkisinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.Həkim əlavə edib ki, melatonin yalnız çəkiyə deyil, həm də toxumaların insulinə həssaslığının artmasına təsir edə və uzunömürlülüklə bağlı mexanizmləri tənzimləyə bilər. Lakin arıqlamaq məqsədilə melatonin preparatlarının qəbulu hələ kliniki sınaqlarla tam təsdiqlənməyib. Buna görə də hər hansı əlavə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək və yuxu rejiminə ciddi əməl etmək tövsiyə olunur.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
demokrat.az

1Mənbələr