AZ

Orucluqda protein itkisini belə bərpa etmək olar

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ramazan ayında qidalanma rejiminin dəyişməsi bir çox insanın zülal çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Xüsusilə ət, balıq və süd məhsullarının az qəbul edildiyi dövrdə orqanizmin ehtiyac duyduğu proteini başqa mənbələrdən almaq vacib sayılır.Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yuliya Atamanova danışıb. Onun sözlərinə görə market və restoranlarda təqdim edilən “pəhriz” menyuları çox vaxt karbohidratlarla zəngin olur və orqanizmin ehtiyac duyduğu zülalı təmin etmir. Kələm pirojkiləri, tərəvəzli makaron və kartof kotletləri kimi yeməklər doyurucu olsa da, bədən üçün vacib olan “tikinti materialı”nı vermir.Həkim bildirir ki, bu problemi aradan qaldırmaq üçün hər qida qəbulunda bitki mənşəli zülal mənbələrinə yer vermək lazımdır. Səhər yeməyində su ilə bişirilmiş yulaf sıyığına soya proteini tozu, qoz-fındıq və giləmeyvə əlavə etmək yaxşı seçim sayılır. Gün ərzində qəlyanaltı kimi bir ovuc çərəz yemək kifayət edir. Lakin kalori balansını pozmamaq üçün gündə 30 qramdan artıq qoz-fındıq qəbul etmək tövsiyə edilmir.Nahar zamanı mərci, noxud, lobya kimi paxlalı bitkilərə üstünlük vermək məsləhət görülür. Bu məhsulları şorbalara və salatlara əlavə etmək və ya ayrıca yemək kimi istifadə etmək mümkündür. Məsələn, paxlalı bitkilər və tərəvəzlərlə hazırlanan salatın yanında tam buğda unundan makaron və tofu pendiri yaxşı seçim hesab olunur. Axşam yeməyində isə pörtlədilmiş tərəvəzlər və sobada bişmiş tofu daha faydalı sayılır.Bundan əlavə, müasir qida sənayesi oruc tutanlar üçün müxtəlif alternativlər təqdim edir. Marketlərdə satılan bitki mənşəli qiymə, sosis və kotletlər də zülal ehtiyacının qismən qarşılanmasına kömək edə bilər."Düzgün planlaşdırılmış menyu sayəsində oruc dövründə həm əzələ kütləsini qorumaq, həm də özünü enerjili hiss etmək mümkündür", - o fikrini yekunlaşdırıb.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
demokrat.az

1Mənbələr