AZ

Lukaşenko: İrana hücum edənlər məqsədlərinə nail ola bilmədilər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İrana qarşı hücumda iştirak edən tərəflər qarşıya qoyduqları məqsədlərə nail ola bilməyiblər.

Bizimyol.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Belarus bu məsələdə ehtiyatlı və balanslaşdırılmış mövqe tutur. Onun sözlərinə görə, Minsk Tehranla hər zaman yaxşı münasibətlər saxlayıb. “Biz ehtiyatlı və ölçülüb-biçilmiş mövqe tuturuq. İnsanlıq mövqeyi. İranla yaxşı münasibətlərimiz olub. Qədim ölkədir, çox mənəviyyatlı insanları var, müsəlmandırlar. Ölkəni bombaladılar və müharibə başladı. Siz gördünüz ki, mən İranın səfiri ilə görüşdüm. Biz insani davranmalı idik və elə də etdik”, – deyə Lukaşenko bildirib.

Prezident vurğulayıb ki, Belarus bu münaqişəyə qoşulmaq niyyətində deyil.

“Biz bu müharibəyə qarışmırıq. Ölkəmin üzərinə əlavə problemlər götürmək istəmirəm. Orada amerikalılar və yəhudilər onsuz da özlərinə kifayət qədər problem yaradıblar”, – deyə o əlavə edib.

Aleksandr Lukaşenko həmçinin xatırladıb ki, bundan əvvəl Qəzza şəhəri İsrail tərəfindən bombardman olunub. Onun sözlərinə görə, orada “hər şey dağıdılıb, demək olar ki, canlı heç nə qalmayıb”.

Belarus lideri qeyd edib ki, İran böyük və dağlıq ölkədir, çoxlu tunellər qazılıb və mühüm obyektlər gizlədilib. “Heç bir silah ora çata bilməz. İsraillilər bunu əvvəlcədən hesablamalı və Donald Trumpa vəziyyəti izah etməli idilər: "Belə bir durum var, nə edək?" Amma onlar silah götürüb hücuma keçdilər. Nəticə nə oldu? Heç nə”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, hücum edən tərəflərin planları arasında hakimiyyətin devrilməsi, nüvə obyektlərinin bombalanması və İranın nüvə silahından imtina etməsinə nail olmaq kimi məqsədlər var idi, lakin bu planların heç biri həyata keçməyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
icma.az

1Mənbələr