AZ

Qarabağ və Şərqi Zəngəzurdan şad xəbər - 70 min oldular...

Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsində komitə sədri Musa Quliyev çıxış edib.

Musavat.com bu barədə xəbər verir.

Komitə sədri deyib:

“Hökumət tərəfindən hazırlanmış və bizə təqdim edilmiş çox geniş, dərin təhlilə və iqtisadi reallıqlara  əsaslanan, dolğun hesabat və baş nazirin mükəmməl məruzəsi bir daha  göstərir ki,  2025- ci il ictimai- siyasi baxımdan əlamətdar,  sosial-iqtisadi cəhətdən  uğurlu il olub. 2025- ci ildə iqtisadiyyatımız daha da böyümüş, iqtisadi müstəqilliyimiz möhkəmlənmiş , əhalinin sosial rifahı daha da yüksəlib. Hesabat ilində ÜDM artım tempini saxlamış, valyuta ehtiyatımız 18% artaraq 85 milyard dollara çatmış, adam başına düşən gəlir 8,8 min ABŞ dolları təşkil etmiş, xarici valyuta borcumuz minimal həddə- ÜDM- in 6,3% - i həcmində olub.

Hesabat ilini əhalinin sosial müdafiəsi baxımından da əlamətdar dövr kimi qiymətləndirmək lazımdır. Məhz 2025-ci ildə cənab Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq 5-ci dərin islahatlar zərfi qəbul edilmiş, minimum pensiya 14,3% artaraq 320 manata, 
minimum əmək haqqı 16% artaraq 400 manata çatdırılmış, bütün vətəndaşların maaşlarında və pensiyalarında atrım qeydə alınmış, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilmişdir. Ümumuyyətlə, 2019-cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir”.


Picture

M.Quliyev bildirib ki, hesabat ilində orta aylıq əmək haqqı 9,3% artaraq 1103 manata çatıb,  orta aylıq pensiya 540 manat, yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib. 2025-ci ildə İnfilyasiya  5,6 % olub.

Onu da vurğulamaq lazımdır ki, ötən ildə maaşların və pensiyaların artım tempi infilyasiya göstəricisini üstələyib. Hesabat ilində 189 min nəfər münasib işlə təmin olunub, 18 min nəfər peşə hazırlığı kurslarına, 16.8 min nəfər isə özünəməşğulluq proqramına cəlb edilib, 11 min nəfər işsiz şəxsə işsizlikdən sığorta müavinəti verilib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son illərin ən uğurlu sosial layihələrindən biri olan özünüməşğulluq proqramı ilə əhatə olunan şəxslərin sayı 2017 -  2026 - ci illər üzrə  110 min nəfərdən çox olacaq. Ötən ildə pensiya təminatı, müavinət və təqaüdlərin ödənişi,  ünvanlı dövlət sosial yardımın verilməsi, əlilliyin ekspertuzası və reabilitasiya, övladlığa götürmə və sosial xidmət sahəsundə görülın işlərin miqyası və keyfiyyərinin yüksəlməsi də qeyd edilməlidir. Postmüharibə dövründə şəhid ailələrinə, qazilərə, veteranlara və digər  zərər çəkmiş şəxslərə göstərilən  dövlət qayğısı ötən il də davam etmişdir. Sosial xidmətlərin elektronlaşdırılmasıļ sahəsində 2025-ci ildəki uğurlu fəaliyyəti qeyd edərək bildirmək istəyirəm ki, hesabat dövründə vətəndaşlara 150 istiqamətdə göstərilən sosial xidmətlərin 90%- dən çoxu artıq elektronlaşmış, 52 xidmət isə proaktiv qaydada həyata keçirilir”.

M.Quliyev qeyd edib ki, “Böyük Qayıdış”ın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə Birinci Dövlət Proqramı başlayandan dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait  ayrılıb:

”Hazırda 70 mindən artıq soydaşımız  Qarabağ və Şərqi Zəngəzurun 40 - a yaxın şəhər, qəsəbə və kəndində məskunlaşıb orada yaşayır və işləyir. Mən hökumətimizin 2025-ci  ildəki fəaliyyətini qənaətbəxş hesab edir, hökumətimizə bu mürəkkəb və məsuliyyətli dövrdə uğurlar arzulayır, inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə biz qısa müddət ərzində qarşıya qoyulan bütün məsələlərin həllinə nail olacağıq”.

E.Paşasoy,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr