AZ

Latviya Prezidenti Azərbaycana səfər edəcək

Latviya Prezidenti Edqars Rinkeçivçs bu il, təqribən yaz aylarında Azərbaycana səfər edəcək.

Day.Az xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Raymonds Veyonis "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzulu XIII Bakı Qlobal Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfər hər hansı bir tədbirlə əlaqəli olmayacaq.

"Latviya Prezidenti ilə yanaşı, nazirlərin də Azərbaycana səfərləri gözlənilir", - deyə sabiq prezident əlavə edib.

Qlobal Bakı Forumundan danışan R.Veyonis bildirib ki, tədbir çərçivəsində müxtəlif məsələlər müzakirə olunur, çünki hazırda dünya mürəkkəb bir dövr yaşayır.

"Gündəliyə baxsaq, çoxlu problemlərin olduğunu görmək olar, bəzən onların həlli üçün açıq imkanlar da görünmür. Məhz buna görə də bu məsələləri müzakirə etmək və mürəkkəb vəziyyətlərdən çıxış yolları tapmağa çalışmaq vacibdir. Qlobal Bakı Forumu da bu prosesə öz töhfəsini verir", - deyə o bildirib.

"Latviya Prezidentinin Azərbaycana səfəri ilə yanaşı, nazirlərin də səfərləri gözlənilir", - deyə sabiq prezident əlavə edib.

Seçilən
15
4
day.az

5Mənbələr