AZ

Fransa və İtaliya Hörmüz boğazı üçün İranla danışıqlar aparır

Fransa və İtaliya Hörmüz boğazı üçün İranla danışıqlar aparır

Fransa və İtaliya öz gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün İranla danışıqlara başlayıb.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Qeyd edək ki, fevralın sonundan etibarən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Hörmüz boğazında gəmilərin hərəkəti kəskin şəkildə azalıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazdan keçmək istəyən gəmilərin Tehranla koordinasiya saxlamalı olduğunu, əks halda hədəfə alınacaqlarını bəyan edib. Hazırda boğazdan keçid "yüksək riskli" zona hesab olunur və sığorta haqları rekord həddə çatıb.

Avropa ölkələri, xüsusilə Fransa və İtaliya öz enerji təhlükəsizliklərini qorumaq üçün Tehranla birbaşa və ya dolayısı yollarla dialoqa üstünlük verirlər.

Seçilən
54
afn.az

1Mənbələr