AZ

Deputat 2 kəndin məktəb, 3 kəndin yol problemini qaldırdı BAŞ NAZİRƏ MÜRACİƏT

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Millət vəkili olduğum Salyan rayonun Aşağı Noxudlu və Yuxarı Noxudlu kənd

məktəbləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, şagirdlər üçün həyati təhlükə mənbəyi olması nəzərə alınmaqla, fəaliyyətini dayandırmışdır”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Sadiq Qurbanov Azərbaycan Hökumətinin parlament qarşısına hesabatının bugünkü müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, FHN-nin rəyi əsasında əvvəlcə Aşağı Noxudlu kənd məktəbinin fəaliyyəti 27 dekabr 2024-cü il tarixindən dayandırılıb. Bundan sonra Aşağı Noxudlu kəndinin 363 nəfərlik şagird heyəti 2025-ci ilin dekabr ayınadək 7 kilometrlik məsafədə yerləşən Yuxarı Noxudlu kəndində (iki növbə avtobuslarla daşınmaqla) tədris prosesi davam etdirib. Lakin daha sonra - 29 dekabr 2025-ci il tarixidə Yuxarı Noxudlu kənd məktəbində də eyni səbəblərlə FHN-nin rəyi əsasında tədris dayandırılıb. “Nəzərə alaq ki, Aşağı Kürkəndi tam orta məktəbinin iki yüzə yaxın şagirdi, eyni zamanda Yuxarı Noxudlu və Aşağı Noxudlu kəndinin 513 nəfərlik şagird kontingenti ilə keyfiyyətli tədris prosesi həyata keçirmək mümkün deyil.

Yuxarı Noxudlu və Aşağı Noxudlu kəndinin azyaşlı ibtidai sinif şagirdlərinin axşam saatlarında Aşağı Kürkəndi kəndindən geri qayıtmasının onların tədris prosesinə mənfi təsir göstərməsi, eyni zamanda onların şəxsi təhlükəsizliyi valideynlər tərəfindən ciddi narazılıqla qarşılanır”.

Komitə sədri Baş nazir Əli Əsədova müraciət edərək, yaranmış vəziyyətdə uşaqların keyfiyyətli təhsil alması və valideynlərin narahatlığını nəzərə alaraq Salyan rayonu Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərində növbədənkənar qaydada yeni məktəb tikintisinə,

eyni zamanda QARABAĞLI, QARAÇALA və KÜRSƏNGİ yolunun təmirinə köməklik göstərməyi xahiş edib.

“AzPolitika”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azpolitika.info

2Mənbələr