ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəlzələ nəticəsində zərər görən evlər hələ də təmir olunmayıb.
Modern.az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib. Deputat qeyd edib ki, 2019-cu ildə baş verən zəlzələ nəticəsində dəyən ziyanın qiymətləndirmələr zamanı 2175 evin təmirə ehtiyacı olduğu müəyyən edilib.
“Dövlət dəstəyi və yerli imkanlar hesabına müxtəlif mərhələlərdə ümumilikdə 1698 fərdi yaşayış evi təmir olunaraq sakinlərin istifadəsinə verilib. Lakin vəsait çatışmazlığı səbəbindən hazırda 477 evdə təmir işləri aparılmamış qalır və ötən illər ərzində zədələr daha da dərinləşərək sakinlər üçün əlavə çətinliklər yaradıb” – o bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, özünəməşğulluq proqramları çərçivəsində həm proqrama cəlb edilən şəxslərin məsuliyyətinin artırılması, həm də motivasiya xarakterli addımların atılması zəruri hala çevrilib.
“Təəssüf ki, bır sıra hallarda və belə halların sayı az deyil – müəyyən bir zaman kəsiyindən sonra vətəndaşlara verilən iri və xırda buynuzlu heyvanlar, həmçinin avadanlıqlar satılır və bununla da özünəməşğulluq proqramlarının əsas hədəfi, məşğullluğun davamlılığının təmin edilməsi elə başlanğıc mərhələdən sıradan çıxmış olur. Bu baxımdan, bu sahədə həm fərdi hüquqi öhdəliklərin müəyyənləşməsinin, həm də öz işinə vicdanla yanaşan şəxslərə təsərrüfatlarını genişləndirmək üçün davamlı dəstək verilməsinin vacib olduğunu düşünürəm”.
O qeyd edib ki, özünəməşğulluq proqramlarının icrası prosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, iri kənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar da koordinasiyalı şəkildə hərəkət etməsi, proqrama cəlb edilən, təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışan vətəndaşlara yeni iş yerləri yaratmaları üçün dəstək verilməsi lazımdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.