Belarusda Ukraynaya məxsus pilotsuz təyyarə (PUA) qəzaya uğrayıb və nəticədə bir mülki şəxs yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko hadisəni şərh edərkən bildirib: “Dünən və ya ondan bir gün əvvəl dron qəzaya uğradı və qadınımız yaralandı. Onlar araşdırmaya başladılar — bu, Ukrayna vətəndaşı idi. Mənim ulamağımı, qışqırmağımı və "Filankəs!" deyə qışqırdığımı eşitdinizmi? Baxmayaraq ki, mənim buna tam haqqım var idi. Və bu, ilk dəfə deyil”.
Lukaşenko əlavə edib ki, elektron müharibə sistemləri PUA-nı “şoka salıb”, nəticədə dron səhv istiqamətdə uçub və enerjisi bitdikdə qəzaya uğrayıb.
O bildirib: “Müharibə qonşuluqda qızışır. Məhz belə baş verdi. Bəli, qışqıra bilərik, amma nə dəyişəcək? Heç nə”.
Aminə ŞAHSUVARQIZI