AZ

Bu əlamətlərə laqeyd yanaşmayın - bağırsaq xərçənginə aparan səbəblər

Onkoloq Aleksandr Qriqoryev bağırsaq xərçənginə səbəb olan amilləri açıqlayıb.

Ölkə.az xəbər verir ki, O, bu barədə "Lenta.ru" nəşrinə danışıb.

Həkimin sözlərinə görə, siqaret çəkən insanlarda bağırsaq xərçəngi riski daha yüksək olur. Çünki hər nəfəs zamanı siqaret və ya veyp ilə çoxlu miqdarda kanserogen maddələr orqanizmə daxil olur. Qriqoryev bildirib ki, alkoqol da siqaret qədər bağırsaqda şiş proseslərinin yaranmasına səbəb ola bilər.

Onkoloq qeyd edib ki, xroniki hemoroid, anal çatlar, iltihabi proseslər və bağırsaq polipləri də xərçəng riskini artırır. Xüsusilə böyüməyə meyilli olan poliplər daha təhlükəlidir, çünki zamanla bədxassəli şişə çevrilə bilər.

Həkim əlavə edib ki, oturaq həyat tərzi və artıq çəki də əsas risk faktorlarındandır. Bu amillər bağırsaq əzələlərinin zəifləməsinə, maddələr mübadiləsinin yavaşlamasına və proktoloji xəstəliklərin yaranmasına səbəb olur ki, bu da bağırsaq xərçəngi ilə sıx əlaqəlidir.

Həmidə İbrahimova

Seçilən
28
1
olke.az

2Mənbələr