"Mançester Siti"nin hücumçusu Antuan Semenyo İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, bu barədə liqanın sosial şəbəkə hesablarında məlumat verilib.
Ötən ay Semenyo 5 oyunda iştirak edib və 3 qol vurub.
Mükafata həmçinin onun komanda yoldaşı Niko O'Reyli, "Mançester Yunayted"dən Benyamin Şeşko, "Arsenal"dan Viktor Qyökereş, "Brentford"dan Danqo Uattara və "Liverpul"dan Vircil van Deyk namizəd idi.