AZ

MƏDƏNİ DİPLOMATİYA… VƏ YA MƏDƏNİ EKOSİSTEM NECƏ DEZİNFEKSİYA OlUNUR...

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Qarşıma bir videoçarx çıxdı…Efirdə çıxışı qadağan olunan iki qadın ifaçı ölkə bölgələrindən birində qastroldadır…

Başqa bir epizoda şahid oldum…Efir qadağası olan bir neçə müğənni başına beş-üç manısı da cəm edib deyir ki, bizə efiri qadğan edəni məhkəməyə verək, görək kimdir bunlar, arxalarında kim durur?!.

Üçüncü epizod…Efir qadağası olan bir müğənni, sosial mediada reytinqli blogerlərdən sayılan (təəssüf ki), cinsi azlığı, yanına alıb restoran-restoran gəzir və hər şeyi social media hesablarında paylaşır, yəni qapalı reklam-piar işi görür…

Sadaladığım hər üç epizod göstərir ki, cəmiyyətin həyatından səliqə ilə çıxmaq istəməyənlər social media üzərindən kütləyə arxalanıb qurulmaqda olan işıqlı-mədəni sistemə mane olmaq yolunu seçiblər. Bu insanlara elə fantastik məbləğdə ödənişlər edilib, elə şişirdilib, elə reklam edilib, tanıtdırılıb, hətta kütləyə “yediriliblər” ki, onlar, illərdir ölkənin, millət və dövlətin mədəniyyət ideologiyasını yorğun çiyinlərində daşıyan mədəniyyət, incəsənət xadimlərini təhqirdən belə çəkinmirlər. Dövlət qarşısında meydan sulayırlar. Bu da yetmir, 15-20 yaşda yeniyetmə və gəncin kimə baxmalı olduğuna dair mədəniyyət xəritəsi cızacaq qədər ağıllı və qüdrətli bilirlər özlərini. İndi də basılıblar əyalətlərə, qastrola. Fərdi marağım var öyrənim, kim təşkil edir bu qastrolları, kim ödəyir bu haqqları və nə qədər vergi ödəyicisidir bu adamlar?!.

Ən vacibi, görəsən bu qəbil ifaçılar anlayırlarmı ki, MƏDƏNİYYƏT, İNCƏSƏNƏT, İDMAN da diplomatiyadır. Və özünün xarici, hərbi diplomatiyasını çox böyük uğurla başa vuran Azərbaycan dövləti, heç bir marağını dövlətin marağından önə qoymayan Azərbaycanın dövlət başçısı indi məhz bu yöndə addımlar atır. Yəni daxili siyasətdə tənzimləmələr, təmizləmələr aparılır. Bu işlərin nüvəsində isə, təhsil, media və mədəniyyət sahələri dayanır. Ayrıca başa düşürlərmi k I, təhsil və media sektorunda vəziyyətin yaxşılaşmasının özü belə, MƏDƏNİYYƏT ideologiyasına, MƏDƏNİYYƏT diplomatiyasına bağlıdır. Məhz bu səbəbdən Azərbaycan Prezidenti “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasını təsdiqləyib. Həmin konsepsiyanın prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması tələbidir. Başa düşürlərmi ki, mədəni ekosistemin standartları ilə onların ifa və davranışları tərs mütənasibdir.

Başqa sözlə, bir müddətdən sonra, bölgələrdə konsert verməyin özü belə dövlətin izni və konkret təsdiqlənmiş səhmanlı repertuarı olan ifaçıların iştirakı ilə mümkün olacaq. Yəni, açıq geyinib reytinq qazanmaq, məqsədli şəkildə qara bazar işlərində cinayətlərə ortaq olaraq pul və ya vasitəçilərin iştirakı ilə efirlərı dürtülmək, bahalı restoran səhnələri əldə etmək, gerçək sənət adamlarına quyu qazmaq, bu yöndə bəzi pradüserlərin xidmətindən yararlanmaq mümkün olmayacaq. Hər kəs ya qanunla fəaliyyətlərini tənzimləcək, ya da özünü o qanun qarşısında cavabdehə çevirəcəklər.

Hesab etmək olar ki, artıq bu yöndə ilkin adıılmlar atılır. Hələlik konkret repertualrları olan ifaçıların bölgələrdə konsert porqramları ilə qasrtollara çıxması. Mədəniyyət Nazirliyinin bvu gün yaydığı məlumatdan:

“Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Mart ayından etibarən, nazirliyin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivləri Bakıda və regionlarda genişmiqyaslı mədəni qastrol proqramları həyata keçirəcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsüdür. Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması, həmçinin yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığını artırılmasıdır. Layihə paytaxtla bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət göstərir. Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılıb. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulub. Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər. Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilən nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılıb. Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına, yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram region tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq. Regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək”.

…Çox ümidvaram, uşaq və yeniyetmələrin asudə vaxtının təşkili üçün müsiqi və sənət dərnəkləri də açılacaq;

…İllərdir qapısından qıfıl asılan mdənəyyət evlərinin də fəaliyyətinə dövlət əli toxunacaq;

…İllərdir qapısı bağlı olan, amma dövlət büdcəsindən vəsaiti ayrılan mədəniyyət evlərinə görə dövlət vəsaitinin hara, necə xərcləndiyi haqda hesablar sorulacaq;

…Musiqi məktəblərinin fəaliyyət gücləndiriləcək.

…Və nəhayətdə, təhsilə keçid ediləcək. İllərdir bir-biri ilə yola getməyən, Dövlət İmtahan Mərkəzi ilə, Elm və Təhsil Nazirliyinin münasibətləri aydınlaşacaq. Bundan sonra, sıranın bir sıra federasiyaların vəziyyətinə, yəni idman sektoruna da gələcəyi istisna deyil. Çünki dövlətin və xalqın gələcəyi üçün Azərbaycana, çox mürəkkəb geosiyasi şəraitdə, mədəniyyət diplomatiyasını qurmaq, eyni zamanda mədəniyyətlərarası dialoqlarda öz rolunu artırmaq, bu istiqamətdə əməkdaşlığı genişləndirmək, artıq həyati əhəmiyyətlidir.

Jalə Mütəllimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
icma.az

1Mənbələr