AZ

DSMF düz hesablamır, məhkəmə yalnız hakimlərin pensiyalarını bərpa edir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu günlərdə (düzünə qalsa, Allahın hər verən günündə) hansısa hakimin pensiyasının düz hesablanmasını məhkəmə yolu ilə təmin etdirməsindən soraq yayılıb. Heç demə 6 min manat civarında hesablanan təminat 8 min olmalı imiş! Və məhkəmə keçmiş kolleqasının timsalında ədaləti bərpa edib. “Halal olsun!” deyə alqışlamaq olardı, di gəl bu ədalət  300-500 manat arası pensiyaya göz dikənlərə də göstərilsəydi... Bəs niyə DSMF-Dövlətin sosial təminata cavabdeh edilən qurumu pensiyaları düz hesablamır, insanları dövlət təminatından məhrum edir? Və məhkəmə niyə yalnız keçmiş həmkarlarının “qara gün”  pensiyası”nı (ölkənin pensiya siyasəti elə gündədir ki, pensiyaya çıxmaq “qaragünlük” sayılır) düz hesabladır, “qara camaatı” heç məhkəmə qapısından içəri də buraxmır?

Pensiyaların düz hesablanmamasının kökündə mənimsəmə, korrupsiya dayanır, bir də nəzarətedici qurumların buna susqunluğu. Əlbəttə, susmağın da öz hesabı var, özü də məhkəmə səviyyəsində. Məhkəmə elə səviyyəyə enib ki, sıradan vətəndaşın Konstitusiya ilə təminat verilən məhkəmə təminatı hüququna belə qadağa qoyur. Halbuki məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqlarından olmaqla, həm də bütün digər hüquq və azadlıqların təminatçısı rolunda çıxış edir. Yəni pozulmuş sosial təminat, pensiya təminatı hüququnu  məhkəmə yolu ilə təmin etmək dövlətin əsas qanununun tələbidir. Nə yazıq, bu tələbi , bu hüququ sosial müdafiə orqanları və məhkəmənin özü saya salmır. Yalnız keçmiş həmkarlar istisnadır. Düzdür, keçmiş hakimlərin heç də hamısına məhkəmədə “yaşıl işıq” yandırılmır”, əksinə, “stop” qoyulur, bu da  sifarişdən qaynaqlanır. İqtisad Məhkəməsinin sədri olmuş Vidadi Mirkamal bəyin pensiyasının artmaq əvəzinə, əksinə, məhkəmə qərarı olmadan azaldılması buna örnəkdir. Guya “it ilində” artıq hesablanıb.

DSMF-in  “artıq ödədiyi” məbləğə qəfil “stop” qoymaq hüququ, özbaşpna artıq verdiyi məbləği tutmaq hüququ qanunda yazılmayıb.  “Əmək pensiyaları haqqında” qanunun 39.1- ci maddəsində yazılan budur ki, ARTIQ ÖDƏNİLMİŞ ƏMƏK PENSİYASI və əmək pensiyasına ƏLAVƏnin məbləği əmək pensiyaçısının RAZILIĞI ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, RAZILIĞI OLMADIQDA MƏHKƏMƏ QAYDASINDA tutulur. Biz hələ onu demirik ki, həmin 39.1-ci maddədə ƏMƏK PENSİYASININ  və əmək pensiyasına ƏLAVƏNİN ARTIQ ÖDƏNİLMİŞ MƏBLƏĞİNİN pensiyaçıdan SON ÜÇ İL ÜÇÜN TUTULMASI təsbit olunub. Bəs niyə pensiya təyin edən orqan -DSMF həm dövlətin BAŞ QANUNUNA, həm də PENSİYA QANUNUNA kor-xor baxır? Niyə pensiyaçının daşınar əmlakına -pensiyasına kefi istədiyi kimi, şəxsi əmlakı kimi sərəncam verir? Özbaşınalıq o həddədir ki, DSMF hətta 15-20 il qabaq, hətta məhkəmə qərarı ilə hesablanan pensiya məbləğlərini məhkəmə qərarı olmadan (məhkəmə məhkəmə qərarı ilə verilən pensiya qərarını ləğv edə bilməz axı!) tutur? Qanuna, Konstitusiyaya, pensiyaçıya  kor-xor baxmaq məmur özbaşınalığından, məhkəmə, prokuror, maliyyə nəzarətinin olmamasından qaynaqlanır. Bir şey ki, məhkəmə  DSMF-ə nəzarət etməkdənsə,  DSMF  (tərkibindəki 39 saylı vəkil bürosu (nəinki publik hüquqi şəxsin, heç bir hüquqi şəxsin, hətta fiziki şəxsin özəl vəkil bürosu saxlamaq hüququ yoxdur!) ilə) məhkəməyə “nəzarət” edirsə, hansı məhkəmə təminatı hüququndan danışmaq olar? Elə ona görə də yalnız keçmiş hakimlərə məhkəmə güzəşt tanıyır, həmkarlıq sərgiləyir. Axı sabah özü də hakim-pensiyaçı olacaq!

“Qara camaat” isə sosial, pensiya təminatından, sosial müdafiəsindən  də məhrumdur, hüquqi təminatından-məhkəmə müdafiəsindən də!

Məğrur Bədəlsoy

P.S. İmzalayandan sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının 1-ci dərəcəli gözdən əlil pensiyaçının pensiyasını 08.04.2012-Cİ İL TARİXLİ “BAZARGÜNÜ QƏTNAMƏSİ”LƏ yeyən XƏTAİ İCRA ŞÖBƏSİNİN özbaşınalığına əndrabadi cavabı diqqət çəkdi. “MİLLİ QƏHRAMAN” adına təklif edilən Ombudsmanın aparat rəhbəri  MƏHKƏMƏNİN BAZAR GÜNÜ MÜIKİ QƏTNAMƏ ÇIXARMASIna, BU QƏTNAMƏ ilə GÖZDƏN ƏLİLİN pensiyasını  yeməsinə OMBUDSMANIN qarışa bilməyəcəyini bildirib. Çünki MƏHKƏMƏLƏR O QƏDƏR MÜSTƏQİLDİR Kİ, BAZAR GÜNÜ MÜLKİ QƏTNAMƏ ÇIXARMAQ HÜQUQLARI KONSTİTUSİYADA təsbit olunub. (?) Pensiya ödəyən  DSMF də Xətai icra şöbəsinin ABB-yə “sərəncam”la (?- pensiyadan tutma barədə sərəncam DSMF-ə verilməlidir, özü də icra şöbəsi yox, məhkəmə qərarı ilə) gözdən əlilin pensiyasını yeməsinə qarışa bilməyəcəyini bildirir. Bu da insan hüquqları üzrə müvəkkil! Doğrudan “milli vəkil qəhramanlığına” layiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
hurriyyet.az

1Mənbələr