AZ

Uşaqların psixologiyasını zədələyən davranışlardan uzaq durmaq lazımdır -Deputatdan ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, uşağı tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimələnəcək.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, dünyanın bir çox ölkələrində tətbiq olunur, yalnız bizim ölkədə tətbiq olunan bir məsələ deyil.

"Dünyanın bir çox ölkələri uşaqlara qarşı belə addımların atılmasının qarşısını almaq üçün belə bir yanaşmanı ortaya qoyurlar və qanunlarda bu kimi məsələlər əksini tapır. Azərbaycan qanunvericiliyində belə bir məsələnin əksini tapması da beynəlxalq praktika və təcrübədir.

Bugünkü uşaqlar, yeniyetmələr onlara qarşı zorakılığın tətbiqini qəbul etmirlər. Yəni kimsə düşünə bilər ki, bu özünün töhfəsini verə bilər və uşaqların tərbiyəsində rol oynaya bilər, amma müasir dövrdə bu metodlar artıq işləmir. İndiki uşaqlarla zorakılıqla davranmaq onların təhsilə marağının artırılmasına töhfə vermir, bu prosesə əksinə, bir çox hallarda da özünün mənfi təsirini göstərə bilər. Ona görə bu, artıq tərbiyə metodu deyil və eyni zamanda bu, uşaqların psixologiyasına da ciddi formada təsir edir. Yəni uşaqların psixologiyası zədələnir, onlar psixologiyaları zədələndiyi üçün biz bunun onların tərbiyəsinə mənfi təsirini görürük. Ona görə həm valideynlərimiz, həm ailələrimiz bu məsələlərdən uzaq olmalıdırlar. Yəni çalışmalıdırlar ki, övladlarına qarşı kobud, zorakı davranmasınlar. Çünki bu, gələcəkdə müəyyən fəsadları və problemləri yaradacaq. Ona görə bunu hamının nəzərə almasına ehtiyac var", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr