AZ

Pentaqon Küveyt və İordaniyada amerikalı əsgərlərin yaralandığını təsdiqləyib

Bakı. Trend:

İrana qarşı əməliyyatda iştirak edən ABŞ hərbçiləri Küveyt,İordaniya və digər məntəqələrdə yaralanıblar.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı QüvvələrininQərargah Rəisləri Komitəsinin sədri Den Keyn açıqlama verib.

“Bizdə Küveyt, İordaniya və cənub cinahında yerləşən bir sıraməntəqələrdə yaralanma halları olub”, – deyə o mətbuat konfransındabildirib və əlavə edib ki, yaralanan hərbçilərin əksəriyyəti tibbiyardım aldıqdan sonra yenidən sıravi xidmətə qayıdır.

O, bu vaxta qədər ümumilikdə neçə nəfərin həlak olduğu barədəməlumat verməyib.

Pentaqon rəhbəri Pit Heqset öz növbəsində bildirib ki, yaralananamerikalı hərbçilərin təxminən 90 faizi yenidən sıravi xidmətəqayıdır.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr