AZ

Pekin Universitetinin dekanı: Dayanıqlı İnkişaf Məqsədləri gündəliyindən çox kənarlaşmışıq

Bakı, 13 mart, AZƏRTAC

Dayanıqlı İnkişaf Məqsədləri gündəliyindən çox kənarlaşmışıq. 2030-cu ilə qədər məqsədlərə tam çata bilməyəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “2030 Gündəliyinin sürətləndirilməsi: İnklüziv artım və dayanıqlı bağlantı” mövzusunda panel iclasda Pekin Universitetinin Yeni Struktur İqtisadiyyatı İnstitutunun dekanı Castin Lin deyib.

Onun sözlərinə görə, 17 məqsədin hamısı vacibdir və irəliləyişə nail olmaq üçün əlimizdən gələni etməliyik. Əgər bu məqsədlərə çatmaq mümkün olmasa, digər oxşar təşəbbüslərə qoşulmaq lazımdır.

Dekan vurğulayıb ki, bu məqsədlərdən biri olan layiqli iş xüsusilə vacibdir. İnsanların layiqli işi olduqda onlar yoxsulluqdan çıxa, kifayət qədər gəlir əldə edə və ac qalmadan yaşayışlarını təmin edə bilərlər. O qeyd edib ki, bu gün insanlar işləyirlər, lakin işləri layiqli olmadığı üçün gəlirləri yetərli deyil.

Castin Lin əlavə edib ki, insanlara layiqli işləri təmin etməyin məqsədi innovasiya, sənayeləşmə və infrastrukturla bağlıdır. Yoxsul insanların çoxu kənd təsərrüfatı ilə məşğuldur və gəlirlərinin az olmasının səbəbi fəaliyyətlərinin uzun və səmərəsiz olmasıdır. Buna görə onlara innovasiya və müasir texnologiya lazımdır.

 

Seçilən
69
1
azertag.az

2Mənbələr