ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliyanın Cortical Labs şirkəti CL1 adlı biokompüter vasitəsilə elm dünyasında sensasiya yaradıb. Alimlər mikroçip üzərində yetişdirilən 200 mindən çox canlı insan neyronuna məşhur “Doom” oyununu oynatmağı bacarıblar. Tom's Hardware-in məlumatına görə, bu, dünyada ənənəvi hesablama sistemləri ilə canlı hüceyrələrin birləşdirilməsi nəticəsində yaranan ilk biokompüter nümunəsidir.Demokrat.az xəbər verir ki, əvvəlki təcrübələrdə neyronlar sadə “Pong” oyununu öyrənmişdilər, lakin mürəkkəb layihələr üzərində işləmək üçün “Doom” seçilib. Oyun üçölçülü səviyyələr, rəqiblər və müxtəlif silahlarla daha çətin hesab olunur. Oyunun video siqnalları xüsusi sistem vasitəsilə elektrik impulslarına çevrilərək hüceyrələrə ötürülür, neyronların fəaliyyəti isə atəş açmaq və ya hərəkət etmək kimi oyunda hərəkətlərə çevrilir.Həmçinin oxu:
'İşte Benim Stilim'in iştirakçısının meyiti tapıldı — FOTOLAR
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Bakıda şərab evlərində satılır — Ölüm riski varŞirkət nümayəndələri bildirirlər ki, yetişdirilən beyin hüceyrələri hələ peşəkar oyunçu səviyyəsində olmasa da, real vaxt rejimində öyrənmə qabiliyyətini nümayiş etdirir. Neyronlar rəqibləri tanıyır və məqsədli hücum edə bilirlər.Ekspertlər bu təcrübəni canlı hüceyrələrin öyrədilməsi və onlarla qarşılıqlı əlaqənin gələcək inkişafında mühüm mərhələ hesab edirlər. Gələcəkdə bu texnologiyanın daha mürəkkəb tapşırıqların yerinə yetirilməsinə imkan verəcəyi gözlənilir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.