AZ

İşdən çıxarılan stomatoloqlara əlavə pul verilir? FOTO

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bəzi həkimlərə əlavə ödəniş verildiyi iddia olunur.Demokrat.az-ın məlumatına görə bu barədə əvvəllər TƏBİB-də, hazırda isə özəl klinikada işləyən stomatoloq Tural Mirzəyev sosial şəbəkə hesabında qeyd edib.O, paylaşımında TƏBİB və Bakı Baş Səhiyyə İdarəsində “gizli” toplantı keçirildiyini iddia edir. Onun yazdığına görə həmin görüşdə baş həkimlərə və direktorlara bank rekvizitləri paylanılıb.Müəllif bu vəziyyəti ironik dillə təqdim edərək icbari tibbi sığorta vəsaitlərinin mənimsənilməsinə işarə vurur. Paylaşımda qeyd olunur ki, həmin vəsaitlərin "sahibi gəlib" və mənimsənilmiş pulların geri qaytarılması tələb olunur. Qeyd edək ki, bu ilin fevral ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. O, mənimsəmədə ittiham edilir.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
demokrat.az

1Mənbələr