AZ

15 yaşdan kiçiklərə şəxsiyyət vəsiqəsi 10 günə pulsuz verilə bilər

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilir.

Gununsesi.info-nun xəbərinə görə, təklifə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi on gün müddətində ödənişsiz əsaslarla həyata keçirilə bilər.

Dəyişikliyə görə, qanunun 14.3-2.1-ci maddəsinə uyğun olaraq, 15 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin 10 gün ərzində verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumunun tutulmaması nəzərdə tutulur. Bu qayda “Dövlət rüsumu haqqında” qanunun 14.3-1-ci maddəsində göstərilən hallar istisna olmaqla tətbiq ediləcək.

Təklif olunan dəyişiklik qəbul ediləcəyi halda, azyaşlılara şəxsiyyət vəsiqəsinin əldə olunması proseduru daha əlçatan olacaq və valideynlərin əlavə maliyyə yükü azalacaq.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
icma.az

1Mənbələr