AZ

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

Bakı. Trend:

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görəcərimə müəyyənləşib

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibatiXətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, "Tütün məmulatlarının istifadəsininməhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə,küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərinistifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Elektron siqaretlərin və onların komponentlərinin idxalı,ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədiləsaxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuşmallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadəkməbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdəcərimə ediləcək.

Seçilən
30
22
az.trend.az

10Mənbələr