Tbilisi, 13 mart, AZƏRTAC
Martın 16-da Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin qalereyasında Azərbaycan Xalq rəssamı, professor Arif Hüseynovun "Novruz oymaları" adlı ilk fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi, "Palazzo Mandrili-Azərbaycan-İtaliya" Qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə keçirilir.
Baharın gəlişinin və yenilənmənin simvolu olan Novruz bayramı çərçivəsində açılan sərgidə rəssamın zəngin mədəniyyətini, milli folklorunu və müasir bədii ənənələrini əks etdirən yeni və klassik əsərləri nümayiş olunacaq.
Sərgi Tbilisi tamaşaçıları üçün bu görkəmli ustadın əsərləri ilə yaxından tanış olmaq üçün unikal bir fürsətdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi