“Mançester Siti”nin yarımmüdafiəçisi Antuan Semenyo Premyer Liqanın fevral ayının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz bildirir ki, Premyer Liqanın mətbuat xidməti bu barədə sosial mediada məlumat verib.
Fevral ayında 26 yaşlı Antuan Semenyo Premyer Liqada beş oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib. O, bu mövsüm 28 oyunda meydana çıxıb, 15 qol vurub və dörd məhsuldar ötürmə edib. O, əvvəllər “Bornmut”da oynayıb.
Semenyo ilə yanaşı, “Ayın oyunçusu” mükafatına digər namizədlər arasında Viktor Gyokereş (“Arsenal”), Danqo Uattara (“Brentford”), Benjamin Şeşko (“Mançester Yunayted”), Vircil van Deyk (“Liverpul”) və Niko O'Rayli (“Mançester Siti”) də var idi.