AZ

Qvardiola Premyer Liqada fevral ayının məşqçisi seçildi


“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola Premyer Liqada fevral ayının ən yaxşı məşqçisi seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, fevral ayında Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” beş oyun keçirib, dördündə qələbə qazanıb və birində heç-heçə edib.
“Şəhərlilər” “Tottenhem”lə (2-2) xalları bölüşüblər. Daha sonra klub “Liverpul”u (2-1), “Fulhem”i (3-0), “Nyukasl Yunayted”i (2-1) və “Lids Yunayted”i (1-0) məğlub edib.
Namizədlər arasında Qvardiola ilə yanaşı, Kit Endryu (“Brentford”), Maykl Kerrik (“Mançester Yunayted”) və Arne Slot (“Liverpul”) da olub.
Seçilən
69
yeniavaz.com

1Mənbələr