AZ

Azərbaycanın enerji siyasəti qlobal enerji təhlükəsizliyinə töhfə verir



"Ölkələr arasında enerji əməkdaşlığı regional sabitliyi və iqtisadi inkişafı gücləndirir, qarşılıqlı faydalı tərəfdaşlıq isə uzunmüddətli etimadın formalaşmasını təmin edir. Azərbaycanın enerji siyasəti həm də qlobal enerji təhlükəsizliyinə töhfə verir, beynəlxalq tərəfdaşlar üçün etibarlı platforma rolunu oynayır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri yalnız milli maraqlara deyil, həm də regional və qlobal sabitliyin qorunmasına xidmət edir, tərəfdaş dövlətlərin etibarını möhkəmləndirir və regionun davamlı inkişafına töhfə verir:

"Beləliklə, sülh və enerji təhlükəsizliyi məsələləri qarşılıqlı əlaqəli şəkildə Azərbaycan siyasətinin prioritet sahələrini təşkil edir. Bəli, ölkələr arasında dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət regional və qlobal sabitliyin təmin olunmasına xidmət edir, iqtisadi və enerji sahələrində inkişaf üçün geniş imkanlar yaradır".

Anar
Seçilən
57
newscenter.az

1Mənbələr