AZ

Azərbaycanda səsli küylü məhkəmə Sabiq məmur şirkətə böhtan atdığına görə cəzalandırıldı VİDEO, Fotolar

ain.az bildirir, Sitat.info portalına istinadən.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Famil Zeynalov TikTok platformasında yalan və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəmə tərəfindən cəzalandırılıb.

Sitat.info xəbər verir ki, m Famil Zeynalov bu addımı oğlu – vaxtilə vergi orqanlarında çalışmış sabiq məmur, hazırda “AzCosmetics” MMC-nin rəhbəri Kənan Zeynalovun rəhbərlik etdiyi şirkətin rəqibinə qarşı qərəzli mövqe nümayiş etdirərək ona dəstək vermək məqsədilə edib.

@sitat.info Azərbaycanda səsli-küylü məhkəmə - Sabiq məmur c*əzalandırıldı #tecilixeber #fyp #mehkeme #sondeqiqe ♬ orijinal səs - Sitat.info xəbər portalı

Yasamal Rayon Məhkəməsi Famil Zeynalovun TikTok şəbəkəsində “Az Estetik Group” MMC barədə yazdığı şərhləri həqiqətə uyğun olmayan məlumat və böhtan kimi qiymətləndirib.

Məhkəmə materiallarına görə, sabiq məmur Famil Zeynalov TikTok platformasında “Medikal_Media” adlı səhifədə yerləşdirilən paylaşımların şərh bölməsində “Az Estetik Group” MMC haqqında saxta və əsassız ittihamlar səsləndirib. O, şərhlərində şirkətin satdığı aparatların keyfiyyətsiz olduğu, saxta adlarla təqdim edildiyi və uzaqdan idarə olunan cihazlarla işlədiyi kimi həqiqətə uyğun olmayan iddialar irəli sürüb.

Araşdırma zamanı müəyyən edilib ki, bu iddialar şirkətin işgüzar nüfuzuna xələl gətirir və həqiqəti əks etdirmir. Məhkəmənin qərarına əsasən, Famil Zeynalov yayımladığı şərhlərlə bağlı təkzib verməlidir.

Belə ki, cavabdeh “Az Estetik Group MMC haqqında şərhlərdə yazdıqlarım həqiqəti əks etdirmir” məzmunlu təkzib mətnini TikTok platformasında paylaşmalı və həmin məlumat 30 gün müddətində saxlanılmalıdır. Əgər paylaşımın edildiyi səhifə mövcud olmazsa, o zaman cavabdeh öz hesabından və ya yeni hesab yaradaraq təkzibi yerləşdirməlidir.

Qərara əsasən, Famil Zeynalov tərəfindən səsləndirilən uydurma və əsassız iddialara görə ondan 2000 manat məbləğində mənəvi zərər tutularaq “Az Estetik Group” MMC-yə ödənilməlidir.

Qeyd edək ki, Kənan Zeynalov da “Az Estetik Group” MMC haqqında haqsız reklam və əsassız iddialar yaydığı üçün məhkəmə tərəfindən 1000 manat məbləğində cərimə olunub. Məhkəmə qərarlarının icra edilməməsinə görə şirkətə 3000 manat, direktor Kənan Zeynalova isə 1200 manat inzibati cərimə tətbiq edilib. Həmçinin qərarların icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.

Tehran Yusifli,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
sitat.info

2Mənbələr