AZ

Lukaşenko: Belarus Rusiyadan Oreşnik raket kompleksləri alıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Belarus Rusiyadan "Oreşnik" raket kompleksləri alıb".

Oxu.Az-ın "BelTA" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə söhbətində bildirib.

Lukaşenko Ukraynanın Belarusda yerləşdirilən NATO-nun "Oreşnik" raket kompleksinin qanuni hədəf hesab edilməli olduğuna dair bəyanatlarına münasibət bildirib.

Belarus prezidenti vurğulayıb ki, kimsə ölkə ərazisinə müdaxilə edərsə, o, bunu sadəcə seyr etməyəcək.

Həmçinin əlavə edib ki, "Oreşnik"in atəş açmaması üçün Belarusa müdaxilə edilməməlidir.

Lukaşenko qeyd edib ki, "Oreşnik" mobil silahdır.

"Vladimir Putinə təşəkkür edirəm - bu, onun şəxsi köməyidir. Mən ondan xahiş etdim, bunu həyata keçirdi. Və bunun üçün pul ödədik. Təşəkkür edirəm! Amma biz bu silahları aldıq. Mən ki Kiyev yaxınlığındakı hansısa Ukrayna batareyasını qanuni hədəf hesab etmirəm. Hətta Polşa və ya Almaniya batareyalarını belə. Onlar bizi hədəfə almış olsalar belə", - deyə o bildirib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Lukaşenko Rusiya Prezideenti Vladimir Putindən ortamənzilli ən son "Oreşnik" raket kompleksinin ölkə ərazisində yerləşdirilməsini istəmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
oxu.az

2Mənbələr