Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Samux, 13 mart, AZƏRTAC
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin şərəfli ömür yolu və qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən daim dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samuxda Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad olunub, onların ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb.
Sonra şəhid övladlarına bayram sovqatları təqdim olunub.
Şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Müxbir - Vüsalə Cənnətova



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.